İlin praktik əczaçısı
İlin parlayan əczaçısı lahiyəsi üzrə kriteriyalar:
1. Qayğıkeş (Caregiver): Əczaçı yüksək keyfiyyətli xidmət göstərməli, pasiyentlər və onların sağlamlığına qayğı göstərməlidir. 2. Qərar verən (Decision-maker): Müalicə və dərmanlarla bağlı ən uyğun qərarları vermək üçün öz biliklərindən düzgün istifadə etməlidir. 3. Ünsiyyətçi (Communicator): Pasiyentlər, həkimlər və digər səhiyyə işçiləri ilə səmərəli ünsiyyət qurmalıdır. 4. Menecer (Manager): Dərman və əczaçılıq xidməti ilə bağlı müxtəlif prosesləri idarə etməlidir. 5. Ömür boyu öyrənən (Life-long learner): Əczaçılıqda ən son nailiyyətlərdən xəbərdar olmaq üçün davamlı olaraq öyrənməli və inkişaf etməlidir. 6. Müəllim (Teacher): Biliklərini həmkarları, həm də pasiyentləri ilə bölüşməyi bacarmalıdır. 7. Lider (Leader): Peşəkar fəaliyyətində liderlik keyfiyyətləri nümayiş etdirməli və əczaçılıq təcrübəsinin inkişafına töhfə verməlidir. Hörmətli həmkarlar, hamınızı özünüzün və ya həmkarlarınızın namizədliyini təqdim etməyə dəvət edirik. Qeydiyyat link vasitəsilə mümkündür: https://docs.google.com/forms/d/e/1FAIpQLSdxdUtSI5QBmauuEmhZiPylj1G_8cuE38Ms1cC8zwr1JugGCQ/viewform?usp=header