Assosiasiyanın tarixi

Azərbaycanın Əczaçılarının Elmi Cəmiyyəti 1951 ci ildən fəaliyyətə başlamış və əczaçılıq sahəsində çoxşahəli işlər aparır. Cəmiyyətin və onun işinin təşkilində Qolberq İ.K, Əliyev Rüstəm Qambay oğlu və Q.B Allahverdibəyov müstəsna xidmətlər göstərmişlər. Hesabat dövrü ərzində cəmiyyətin işində İ.A Dəmirov, A.İ İsmayılov, N.A İslamova, A.Z Babayev və digərləri fəal iştirak etmişlər.

Qeyd edilmişdir ki, Azərbaycanın Əczaçılarının Elmi Cəmiyyətinin 27 mart 1967-ci-il tarixli konfransında prof. Hafiz Əliyev İdarə Heyyətinin Sədri seçilmişdir. 1967-ci-ilin əvvəlinə olan məlumata görə cəmiyyətin üzvlərinin sayı 506 nəfər olmuşdur ki, bunlardanda 50% dən artıq hissəsi ali təhsilli əczaçılardır. 1976-ci-ildə isə cəmiyyətin üzvlərinin sayı 700 nəfər olmuşdur ki, bunlar əsasən Respublika Aptek sistemində, həmçinin də N.Nərimanov adına Azərbaycan  Dovlət Tibb İnstitutunda, respublikanın Əczaçılıq Sənayesi müəssisələri və s. təşkilatlarda çalışıblar.