V Beynəlxalq Elmi Konqress mövzuları

Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən keçirilmiş “Əczaçılığın Müasir Problemləri” mövzusunda V Beynəlxalq Elmi online Konqresin mövzuları və elmi istiqamətləri aşağıdakılardır:
  • Dərman vasitələrinin standartlaşdırılması və keyfiyyətinə nəzarət;
  • Keyfiyyətin müasir sistemləri, beynəlxalq standartların nailiyyətləri və
    problemləri;
  • Yeni dərman maddələrinin sintezi;
  • Əczaçılıq sənayesi məhsulları və istehsalın sertifikatlaşdırılması;
  • Müasir dərman formalarının hazırlanma texnologiyası;
  • Kimya-əczaçılıq, biotexnoloji və immunobioloji istehsalın müasir
    texnologiyaları;
  • Nаnobiotexnologiya və əczaçılıq biotexnologiyası;
  • Təbii mənbələrdən bioloji fəal maddələrin alınması və tədqiqi;
  • Farmakoqnostik analiz;
  • Təbii və sintetik madələrin bioloji fəallığının tədqiqi;
  • Əczaçılıq toksikologiyası, zəhərli təsirə malik birləşmələrin kimyəvi-
    toksikoloji tədqiqi;
  • Farmakologiya və etnofarmakologiya;
  • Farmakoterapiyanın problemləri;
  • Dərman vasitələrinin klinik sınaqları;
  • Fitoterapiya, aromaterapiya və fitokosmetika;
  • Homeopatiya, naturopatiya, bioloji fəal əlavələr;
  • Əczaçılıq marketinqi, əczaçılıq reklamı
  • Əczaçılıq menecmenti və insan resuslarının idarə edilməsi;
  • Əczaçılıq qanunvericiliyində islahatlar;
  • Farmako nəzarət sisteminin təşkilinə müasir yanaşmalar;
  • Əczaçılıq tarixi.

Konqresin dəvət olunmuş məruzəçiləri

Prof. Dr. K. Hüsnü Can Başer

Yakın Doğu Universitesi, Sağlıq Bilimləri İnstitutunun müdiri, farmakoqnoziya kafedrası, Lefkoşa, Kipr.

PhD Gaëtan Herbette

Aix-Marseille Universitetinin Spectropol laboratoriyasının müdiri, Marsel, Fransa.

Prof. A.Ghasem Jouyban

İran Tibb elmləri Akademiyasının üzvü, Təbriz Tibb Elmləri Universitetinin Əczaçılıq analizi kafedrasının professoru, İran İslam Respublikası.

Prof. Anake Kijjoa

Porto Universitetinin Kimya kafedrasının müdiri, Porto, Portuqaliya.

Prof. Dr. Yusuf Öztürk

Anadolu Universiteti, Əczaçılıq fakültəsinin dekanı, Türkiyə Cümhuriyyəti.

Prof. Kovalyov Vladimir Nikolayeviç

Milli Əczaçılıq Akademiyasının farmakoqnoziya kafedrasının professoru, Ukrayna.

Akad. Saqdullayev Şamansur Şaxsaidoviç

Akademik S.Y.Yunusov adına Bitki Maddələrinin Kimyası İnstitutunun direktoru, Özbəkistan.

Prof. Pyatiqorskaya Natalya Valeryevna

Seçenov adına Universitetin sənaye əczaçılığı kafedrasının müdiri, Rusiya Federasiyası

Prof. Bakuridze Alyoşa

Batum Botanika Bağının direktoru, Gürcüstan.

Prof. Konovalov Dmitriy Alekseyeviç

Pyatiqorsk Tibbi-Əczaçılıq İnstitutunun Elmi İşlər üzrə prorektoru, farmakoqnoziya, botanika və fitopreparatların texnologiyası kafedrasının müdiri, Rusiya Federasiyası.

Prof. Maloştan Lyudmila Nikolayevna

Milli Əczaçılıq Akademiyasının fiziologiya və anatomiya kafedrasının müdiri, Ukrayna.

Sponsorlar