Azərbaycan Əczaçılarının III qurultayı (Konqres) 1988-ci ildə Bakı şəhərində keçirilmişdir.

         Qurultayda Azərbaycan Əczaçıların Elmi Cəmiyyətinin 1983-1988- ci illər ərzində fəaliyyəti üzrə hesabat məruzəsi ilə prof. İsrafil Dəmirov məruzə etmişdir. Məruzədə xüsusilə ölkədə əczaçı kadırların, o cümlədən elmi-pedoqoji mütəxəssislərin hazırlanmasının əhəmiyyəti vurğulanmışdır.

         Qurultayın işində ayrı-ayrı bölmələr üzrə əczaçılıq elminin müxtəlif istiqamətləri, o cümlədən Respublika florasında dərman əhəmiyyətli bitkilərin tədqiqi, əczaçılıq texnologiyası və biofarmasiya, əczaçılıq analizi, əczaçılıq işinin təşkili və iqtisadiyyatı üzrə aparılan elmi tədqiqat işlərin nəticələri məruzə edilmiş və ətraflı müzakirələr aparılmışdır

         Qurultayda Əczaçıların Ümumittifaq Elmi Cəmiyyətinin idarə heyyətinin sədri M. Alyuşinin məruzəsi dinlənilmişdir. Bundan başqa qurultayda keçmiş SSRİ-də korifey əczaçı mütəxəssis olan İvan Alekseyeviç Muravyov iştirak etmiş və məruzə ilə çıxış etmişdir. Prof. Hafiz Əliyev, prof. Əkbər Nəsudari, prof. Yusif Kərimov, prof. V.İ Litvinenko, prof. V.N Kovalyov, prof. V.A Celombitko, prof. V.P Cernıx (Ukraina), dos. Ağasəf Rüstəmov, dos. R.S Skulkova, dos. Sərxan Tağıyev, dos. Qayıbverdi İskəndərov, dos. İsrafil Mövsümov, prof. Dursun Hüseynov, prof. Məcid Əliyev, dos. Zəkiyyə Tağıyeva, dos. Azad Abışev, dos. Dolores Həsənova, dos. Musa Qəniyev və digər mütəxəssislər qurultayda əczaçılıq elminin müxtəlif sahələri üzrə aparılan tədiqatların nəticələri ilə məruzə etmişlər.