Assosiasiya haqqında ümumi məlumat
Azərbaycan Əczaçıları Assosiyasıyası İctimai birliyi 31 mart 2021- ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyata alınmışdır (Qediyyat № 453)
“Azərbaycan Əczaçıları Assosasiyası” ictimai birliyi (bundan sonra- Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri – hökümət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazsisini əhatə edir.
Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları ( ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirilir.
Birlik 10.11.1993 cü il tarixdə 453 nömrə və Azərbaycan Əczaçıları Assosasiyası adı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
Birliyin hüquqi ünvanı: Bakı şəhəri Xəqani küçəsi, ev 20, məzil 72/75
Birliyin əsas məqsədi əczaçılıq sahısindı məlumat mübadiləsinin təmin edilməsi , elmi araşdırılmar, təhsil və praktik təcrübələrin inkişaf etdirilməsi və dəstəklənməsindən ibarətdir.
Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- əczaçılığın inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək;
- əczaçılıq sahəsində elmi araşdırmaların aparılmasına, mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin artırılmasına, müasir üsullar və yeniliklərlə bağlı maarifləndirmə işinin təşkilinə yardım etmək;
- müvafiq sahədə məlumat və təcrübə mübadiləsinin, habelə beynəlxalq və xarici dövlətlərin tibbi, əczaçılıq və elmi təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsinə dəstək vermək.
Göstərilən vəzifələri yerinə yetirmək məqsədilə birlik:
- elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
- ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyr-hökümət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
- məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qayda da mətbu nəşrlər təsis edir;
- Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlala əməkdaşlıq edir.
Birlik aşağıdakı hüquqlara malikdir.
- Öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
- Fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
- Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
- Banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
- Müstəqil balansa, möhürə, ştampa və və digər rekvizitlərə malik olmaq;
- Birliyin yaradılması məqsədilərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
Birliyin Qanuni təmsilçisi və İdarə heyətinin Sədri Əczaçılıq Elmləri doktoru, professor, Tahir Abbasəli oğlu Süleymanovdur.
Birliyin idarə heyyəti;
İdarə Heyətinin sədri: professor Tahir Abbasəli oğlu Süleymanov
Sədr müavini: professor Yusif Balakərim oğlu Kərimov
Üzvlər:
- professor Məhbubə Nəbi qızı Vəliyeva
- professor Cavanşir İsa oğlu İsayev
- professor Eldar Abdulla oğlu Qarayev
- dosent Vaqif Hüseyn oğlu İsgəndərov
- dosent Sənəm Eldar qızı Əliyeva