20 Noyabr - 21 Noyabr 2025
Bakı, Azərbaycan
Azərbaycan Tibb Universiteti
Hörmətli məsləkdaşlar!
Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən 20-21 noyabr 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək “Əczaçılığın Müasir problemləri” mövzusunda “Beynəlxalq Elmi Konqres”də sizləri də aramızda görməkdən qürur duyacağıq!
Şərq təbabətindən bəhrələnən Azərbaycan əczaçılığı dərin tarixi köklərə malikdir. Iftixar hissi ilə qeyd etmək lazımdır ki, keçmiş SSRİ-nin türkdilli respublikaları arasında, o cümlədən Türkiyə Cumhuriyyəti və İran İslam Respublikası daxil olmaqla, ali əczaçılıq təhsili üzrə ilk qurum-Azərbaycan Dövlət Əczaçılıq İnstitutu, məhz Azərbaycan Respublikasında 1939-cu ildə təşkil olunmuş və sonradan II Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə çevrilmişdir. Keçən bu 85 il ərzində fakültəmiz, respublikamızla yanaşı digər ölkələr üçün də ali təhsilli əczaçı kadrlar hazırlamışdır. Bu kadrlar elmi-pedaqoji, istehsalat və təcrübi əczaçılığın müxtəlif sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
“Əczaçılığın müasir problemləri”nə həsr olunmuş Beynəlxalq tədbirin keçirilməsində məqsəd son illər ərzində görülən işlərə yekun vurmaq, qazanılan nailiyyətlərə söykənərək gələcək işləri planlaşdırmaqdır.
Məlumdur ki, müasir elmin inkişafı inteqrasiyasız, beynəlxalq əməkdaşlıq etmədən mümkün deyildir. Bu baxımdan sizlərin iştirakı ilə günəşli Azərbaycanımızın paytaxtı Bakı şəhərində möhtəşəm tədbirin keçirilməsinə ümid edirik.
Konqresdə əczaçılıq elminin bütünsahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində həmmərz elmlər sahəsində də aparılan elmi-tədqiqat işlərinin, eləcə də praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlərin müzakirəsi planlaşdırılır.
Əczaçılıq sahəsində Dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr arasında əlaqə yaradaraq müasir problemlərimizin həllinə çalışan konqresdə iştirakınıza ümid bəsləyirik.
Aşağıdaki PDF vasitəsi ilə proqrama baxa bilərsiniz
KONQRESS PROQRAMI
Konqress materiallarına bu linkdən daxil ola bilərsiniz.
KONQRESS MATERİALLARI

Yakın Doğu Universitesi, Sağlıq Bilimləri İnstitutunun müdiri, farmakoqnoziya kafedrası, Lefkoşa, Kipr.

Hüseyn İbrahim Camal adına Kimya Elmi-Tədqiqat İnstitutu və dr.Pəncvani adına Molekulyar Tibb və Dərman Vasitələrinin Tədqiqi Mərkəzi, Pakistan

Aix-Marseille Universitetinin Spectropol laboratoriyasının müdiri, Marsel, Fransa.

İran Tibb elmləri Akademiyasının üzvü, Təbriz Tibb Elmləri Universitetinin Əczaçılıq analizi kafedrasının professoru, İran İslam Respublikası.

Porto Universitetinin Kimya kafedrasının müdiri, Porto, Portuqaliya.

Anadolu Universiteti, Əczaçılıq fakültəsinin dekanı, Türkiyə Cümhuriyyəti.

Milli Əczaçılıq Akademiyasının farmakoqnoziya kafedrasının professoru, Ukrayna.

Akademik S.Y.Yunusov adına Bitki Maddələrinin Kimyası İnstitutunun direktoru, Özbəkistan.

Lokman Hekim Universiteti, əczaçılıq fakültəsi, farmakoqnoziya kafedrasının professoru, Türkiyə

Batum Botanika Bağının direktoru, Gürcüstan.

Kardiff Universitetinin, Əczaçılıq və Əczaçılıq elmləri məktəbi, Böyük Britaniya

Xarkov Politexnik Universiteti, Kimyəvi Texnologiyalar İnstitutu, üzvi sintez və əczaçılıq texnologiyaları kafedrasının professoru, Ukrayna.

Hacettepe Universiteti, farmakoqnoziya kafedrasının professoru, Türkiyə Cümhuriyyəti

Eötvöş Lorand Universitetinin Kimya İnstitutunun dosenti, Macarıstan

Abdelhamid Benbadis adına Mostaganem Universitetinin Təbiət və Cəmiyyət Elmləri Fakültəsinin Biologiya kafedrasının professoru, Əlcəzair
Konqressdə materiallarınızın paylaşılması üçün aşağıdaki keçid ilə tezis və ya məqalənizi göndərə bilərsiniz. Həmçinin materialların tərtibi qaydaları ilə tanış ola bilərsiniz.
Konqresin işçi dilləri: Azərbaycan, türk, rus, ingilis
Konqres materialları toplu şəklində dərc olunacaqdır. Tədqiqatların nəticələri məqalə və ya tezis formasında təqdim oluna bilər.
Məqalə və tezislər aşağıdakı qaydada tərtib edilməlidir:
Məqalələr “giriş”, “material və metodlar”, “nəticələr və onların müzakirəsi” kimi hissələrdən ibarət olmalıdır. Azərbaycan və rus dillərində təqdim olunan məqalələrin sonuna ingilis dilində xülası əlavə edilməlidir.
Mətində qısaldılmış adların açılışı ilk rast gəlinən zaman verilməlidir.
Cədvəl və ağ-qara şəkillər mətndə ilk istinaddan sonra verilməlidir. Şəkillər jpg formatında olmalıdır. Şəkillərin adı 1,0 intervalla, 12 pt şriftlə, izahla altyazılar 1,0 intervalla, 11 pt şriftlə yazılmalıdır. Cədvəllərin adları 1,0 intervalla, 14 pt şriftlə, içərisi 12 pt şriftlə, izahlı altyazılar 1,0 intervalla , 11 pt şriftlə yazılmalıdır. Şəkil və cədvəllər mətndəki ardıcıllığına görə ərəb rəqəmləri ilə nömrələnməlidir.
Məqalələrdə istifadə olunan ədəbiyyat “Ədəbiyyat siyahısı” sərlövhəsində əlifba sırası ilə (1,0 intervalla, 14 pt şriftlə) verilməlidir. Mətnin içərisində istifadə edilmiş ədəbiyyata istinad edilərkən onların siyahıdakı sıra nömrələri kvadrat mötərizadə verilməlidir. Dərc olunmamış işlərə istinad edilməsinə icazə verilmir.
Tezislərdə cədvəllər, şəkillər və ədəbiyyat siyahısı tələb olunmur.
Təqdim olunmuş materiallar içərisindən konqresin Elmi Komitəsi tərəfindən seçilmiş işlər “Scopus” beynəlxalq bazasına daxil olan “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı”da dərc olunacaqdır.
Konqres materialları associationpharma.az@gmail.com elektron ünvanına göndərilməli və yaxud elektron daşıyıcılarda və çap olunmuş formada 15 oktyabr 2020-ci il tarixinədək aşağıdakı ünvanda təhvil verilməlidir:
Bakı şəhəri, Ə. Qasımzadə küçəsi, 14, Azərbaycan Tibb Universitetinin 2 saylı tədris binası, III mərtəbə Əczaçılıq kimyası kafedrası.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 18 DTT kredit balı ilə akkreditasiya edilmişdir
Qeydiyyat ödəniışlidir (100 AZN).
Əlaqələndirici şəxs: Balayeva Emilya Zakir qızı. Əlaqə telefonları:
iş:+99412-597-15-46;
mobil: +99450-675-59-00