Aşağıdaki qeydiyyat anketini dolduraraq bizə göndərə bilərsiniz. Nəzərə almaq lazımdır ki, sertifikatın verilməsi üçün qeydiyyat anketi ilə birlikdə şəxsiyyət vəsiqəsinin surəti də vacibdir.
Məmmədov Fuad: +99450 749 06 26
Emilya Balayeva: +99450 675 59 00
Ənvər Qasımzadə küç. 14, Azərbaycan Tibb Universitetinin 2 saylı tədris binası (3-cü mərtəbə)
associationpharma.az@gmail.com
Konqresin işçi dilləri: Azərbaycan, türk, rus, ingilis
Konqres materialları toplu şəklində dərc olunacaqdır. Tədqiqatların nəticələri məqalə və ya tezis formasında təqdim oluna bilər.
Məqalə və tezislər aşağıdakı qaydada tərtib edilməlidir:
Məqalələr “giriş”, “material və metodlar”, “nəticələr və onların müzakirəsi” kimi hissələrdən ibarət olmalıdır. Azərbaycan və rus dillərində təqdim olunan məqalələrin sonuna ingilis dilində xülası əlavə edilməlidir.
Mətində qısaldılmış adların açılışı ilk rast gəlinən zaman verilməlidir.
Cədvəl və ağ-qara şəkillər mətndə ilk istinaddan sonra verilməlidir. Şəkillər jpg formatında olmalıdır. Şəkillərin adı 1,0 intervalla, 12 pt şriftlə, izahla altyazılar 1,0 intervalla, 11 pt şriftlə yazılmalıdır. Cədvəllərin adları 1,0 intervalla, 14 pt şriftlə, içərisi 12 pt şriftlə, izahlı altyazılar 1,0 intervalla , 11 pt şriftlə yazılmalıdır. Şəkil və cədvəllər mətndəki ardıcıllığına görə ərəb rəqəmləri ilə nömrələnməlidir.
Məqalələrdə istifadə olunan ədəbiyyat “Ədəbiyyat siyahısı” sərlövhəsində əlifba sırası ilə (1,0 intervalla, 14 pt şriftlə) verilməlidir. Mətnin içərisində istifadə edilmiş ədəbiyyata istinad edilərkən onların siyahıdakı sıra nömrələri kvadrat mötərizadə verilməlidir. Dərc olunmamış işlərə istinad edilməsinə icazə verilmir.
Tezislərdə cədvəllər, şəkillər və ədəbiyyat siyahısı tələb olunmur.
Təqdim olunmuş materiallar içərisindən konqresin Elmi Komitəsi tərəfindən seçilmiş işlər “Scopus” beynəlxalq bazasına daxil olan “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı”da dərc olunacaqdır.
Konqres materialları associationpharma.az@gmail.com elektron ünvanına göndərilməli və yaxud elektron daşıyıcılarda və çap olunmuş formada 15 oktyabr 2020-ci il tarixinədək aşağıdakı ünvanda təhvil verilməlidir:
Bakı şəhəri, Ə. Qasımzadə küçəsi, 14, Azərbaycan Tibb Universitetinin 2 saylı tədris binası, III mərtəbə Əczaçılıq kimyası kafedrası.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 18 DTT kredit balı ilə akkreditasiya edilmişdir
Qeydiyyat ödəniışlidir (100 AZN).
Əlaqələndirici şəxs: Balayeva Emilya Zakir qızı. Əlaqə telefonları:
iş:+99412-597-15-46;
mobil: +99450-675-59-00