Azərbaycanin Əczaçılarının Elmi Cəmiyyətinin I qurultayı 28-30 iyun 1976-cı-il tarixində Bakı şəhərində keşirilmişdir.
Qurultayda Azərbaycan Əczaçılarının Elmi Cəmiyyətinin 1967-1975 ci illər üzrə fəaliyyətinin nəticələri ilə prof. Hafiz Əliyev çıxış etmişdir. Məruzədə qeyd edilmişdir ki, Azərbaycanın Əczaçılarının Elmi Cəmiyyəti 1951-ci ildən fəaliyyətə başlamış və əczaçılıq sahəsində çoxşahəli işlər aparır. Cəmiyyətin və onun işinin təşkilində Qolberq İ.K, Əliyev Rüstəm Qambay oğlu və Q.B Allahverdibəyov müstəsna xidmətlər göstərmişlər. Hesabat dövrü ərzində cəmiyyətin işində İ.A. Dəmirov, Ə.İ. İsmayılov, N.A. İslamova, A.Z. Babayev və digərləri fəal iştirak etmişlər.
Qeyd edilmişdir ki, Azərbaycan Əczaçılarının Elmi Cəmiyyətinin 27 mart 1967-ci-il tarixli konfransında prof. Hafiz Əliyev İdarə Heyyətinin Sədri seçilmişdir. 1967-ci-ilin əvvəlinə olan məlumata görə cəmiyyətin üzvlərinin sayı 506 nəfər olmuşdur ki, bunlardanda 50% dən artıq hissəsi ali təhsilli əczaçılardır. 1976-ci-ildə isə cəmiyyətin üzvlərinin sayı 700 nəfər olmuşdur ki, bunlar əsasən Respublika Aptek sistemində, həmçinin də N.Nərimanov adına Azərbaycan Dovlət Tibb İnstitutunda, respublikanın Əczaçılıq Sənayesi müəssisələri və s. təşkilatlarda çalışıblar.
Cəmiyyət Üzvlərindən 6 nəfər əczaçılıq elmləri doktoru, 28 nəfər isə əczaçılq elmləri namizədi elmi dərəcələrinə malik olmuşlar.
Hesabat dövrü ərzində Azərbaycanın Əczaçılarının Elmi Cəmiyyətinin üzvləri tərəfindən 200-dən artıq elmi iş, 20 monoqrafiya və dərs vəsaitləri çap edilmiş, 2 nəfər əczaçılıq elmləri doktoru, 12 nəfər isə əczaçılıq elmləri namizədi elmi dərəcəsinə laiq görülmüşlər. Qurultayda Respublikada Əczaçılıq sahəsi üzrə ümumi problemlər, həmçinində dərman maddələrinin hazırlanması və analizi üsullarının təkmilləşdirilməsi, aptek işi, dərman bitkiləri və farmakologiya bölmələri üzrə 70 dən artıq məruzə dinlənilmişdir.




