1983-cü il, 24-25 noyabr tarixlərində Bakı şəhərində kecirilmişdir.

Qurultayda Azərbaycan Əczaçılarının elmi cəmiyyətinin 1976-1983- cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülən işlər müzakirə edilmiş, və əczaçılığın respublikada gələcək inkişafı üzrə vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycan əczaçılarının elmi cəmiyyətinin sədri prof. Hafiz Əliyev birliyin fəaliyyət istiqamətləri, o cümlədən elmi tədqiqat işləri, aptek təsərrüfatı və əczaçılıq sənayesi, əczaçı kadrların hazırlanması və s. sahələrdə görülən işlər, nailiyyətlər və  problemlərə həsr edilmiş geniş məruzə ilə çıxış etmişdir.

Qurultayın işində keçmiş SSRİ- nin müxtəlif Respublikalarından olan aparıcı əczaçı alim və mütəxəssislər, o cümlədən prof. Tentsova A.İ, prof. Belikov V.Q, prof. Muravyov İ.A, prof. Muravyova T.İ, prof. Arzamastsev A.P kimi məhşur alimlərlə yanaşı Yevtuşenko N.S, Orlinskiy M.M, Beysenbekova A.S, Moiseeva Q.F, Lebedenko V.Y, Bondarenko A.İ, Denisenko P.P, Davatdarova M.M və başqaları elmi məruzələrlə çıxış etmişlər. Qurultaya əczaçılıq elminin müxtəlif istiqamətləri, o cümlədən Əczaçılıq kimyası, farmakoqnoziya, dərmanların texnologiyası, biofarmasiya, Əczaçılıq işinin təşkili, farmakologiya və farmakoterapiya sahələrinə aid elmi tədqiqatların nəticələrinə dair məzurələr edilmiş və müzakirələr aparılmışdır.